Bakcell ən bahalı reklamını təqdim etdi

bakcell-en-bahali-reklamini-teqdim-etdi
Oxunma sayı: 643

Bu gün Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti məşhur Hollivud rejissoru Pol U.S. Anderson tərəfindən çəkilən yeni reklam çarxını təqdim edib. “Qafqazinfo”nun məlumatına görə, təqdimat mərasimində Pol V.S. Anderson da iştirak edib.
Yeni reklamın qəhrəmanları Mançester Yunayted komandasının futbolçuları Kleverli, Anderson, Pauell və dünya şöhrətli futbolçu Robin Van Persi Bakcell-in Sür@ xidmətini nümayiş etdiriblər.
Yeni reklam çarxı barəsində danışan Bakcell şirkətinin Baş icraçı direktoru Riçard Şirer bildirib: “Biz çox məmnunuq ki, bu yeni reklam çarxı vasitəsilə ən uğurlu məhsulumuz olan Sür@ və keçən ilin ən uğurlu layihəsi olan Mançester Yunayted tərəfdaşlığını birləşdirə bilmişik. Sür@ bazarda ən tələb olunan məhsullarımızdan birinə çevrilib və inanırıq ki modemlərin yeni versiyası da müştərilərin xoşuna gələcək. Bu gün biz Azərbaycanda ilk dəfə olaraq məşhur Hollivud rejissoru tərəfindən çəkilmiş yeni reklam çarxımızı təqdim edirik. Pol V.S. Andersonu Bakıda görüb, onun Bakcell komandası və Mançester Yunayted-in futbolçuları ilə birgə iş haqqında təəssüratlarını öyrənmək bizim üçün böyük şərəfdir”.

Reklamın Bakcell şirkətinə neçəyə başa gəlməsinə də toxunan R. Şirer əlavə edib ki, bu reklam şirkətin bu günədək çəkilən ən bahalı reklam çarxıdır: “Yaxşı xərc çəkməlisən ki, ortaya keyfiyyətli iş çıxsın. Bu reklam çarxımız da buna sübutdur”.
“Bakcell və Mançester Yuyated-lə işləməkdən çox məmnunam. Mən çox nadir hallarda reklam çarxı çəkə bilərəm. Reklam çarxına bir mini-film kimi yanaşıram, reklamın ideyası mənim üçün çox vacibdir” - deyə Paul Anderson bildirib.
Sür@ xidməti vasitəsilə Bakcell öz müştərilərinə Azərbaycanda ən sürətli mobil internetdən ən sərfəli qiymətlərlə yararlanmaq fürsətini verir.
Bakcell şirkəti və dünyanın ən məşhur futbol klubu Mançester Yunayted arasındakı tərəfdaşlıq 2012-ci ilin oktyabr ayında elan edilib. Uzunmüddətli tərəfdaşlıq müqaviləsi çərçivəsində Bakcell şirkəti Mançester Yunayted-in bütün MDB məkanında ilk rəsmi telekommunikasiya və yayım partnyoru olaraq, ölkənin futbol həvəskarları və xüsusilə də Mançester Yunayted azarkeşlərinə geniş çeşidli xüsusi və eksklüziv kontent təqdim edir. Bakcell məşhur futbol klubu ilə əməkdaşlıq quran ilk Azərbaycan şirkətidir.
Reklam çarxını bu linkdən izləyin: http://www.youtube.com/watch?v=P8xGI57u4YA

Nigar Məmmədli