Bakcell Expressbankın ödəniş sisteminə qoşuldu

bakcell-expressbankin-odenis-sistemine-qosuldu-
Oxunma sayı: 720


“Qafqazinfo”ya daxil olan məlumata görə, bu sistemin yaradılmasında məqsəd vətəndaşların ExpressPay ödəmə sistemi vasitəsilə ödənişlərini daha sürətli və daha rahat etməkdir. 

Qeyd olunan ödəmə sistemi vasitəsilə istifadəçilər daha sürətli və rahat yolla mobil rabitə, kommunal xidmətlər və digər  ödənişlər etməklə yanaşı bankdaxili pul köçürmə xidməti, kino və teatrlara biletlər alışı və digər çoxsaylı xidmətlərdən yararlana biləcəklər.

ExpressPay xidmətindən yararlanmaq üçün Expressbank filiallar şəbəkəsində, ticarət və əyləncə mərkəzləri və vətəndaşların sıx olduğu digər müxtəlif obyektlərdə çoxsaylı xüsusi ödəmə terminalları yerləşdirilməsi nəzərdə tutulur.

Ödəmə terminalları ilə yanaşı, Expressbank bu ödəniş sisteminin daha rahat olması məqsədilə tezliklə mobil qurğular üçün xüsusi proqram hazırlayacaq. İnternet vasitəsilə və ya Expressbankın istənilən filialında bu proqramı mobil qurğuya yükləməklə dünyanın istənilən nöqtəsindən mobil ödənişlər etmək mümkün olacaq.