Bakcell gənclər üçün yeni iş imkanları açır- - Fotolar

bakcell-gencler-ucun-yeni-is-imkanlari-acir-
Oxunma sayı: 1351


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən “Karyerada ilk addım” devizi altında keçirilən yarmarkada Bakcell şirkətində mövcud olan vakansiyalar, işə qəbul qaydaları, “Bakcell”də karyera qurmaq imkanları və s. haqqında tələbə və məzunlara məlumat verilib.

Bakcell gənclər üçün iş imkanları yaradan bu cür əmək yarmarkalarda daim fəal iştirak edir. Bundan əlavə, şirkət tələbələrin işə cəlb olunması və peşəkar təcrübə toplaması üçün vaxtaşırı olaraq “Bakcell məzun” və “Yay təcrübə proqramı” həyata keçirir. Bu layihələrin iştirakçısı olan gənclərdən bir neçəsi sonradan “Bakcell”də daimi işlə təmin olunurlar.

Şirkət Korporativ Sosial Məsuliyyət proqramları vasitəsilə də ölkədə insan resurslarının inkışafını dəstəkləyir. KSM strategiyasına uyğun olaraq, Bakcell mobil telekommunikasiya sahəsində karyera, əlilliyi olan gənclərin iş bacarqlarına yiyələnməsi, valideyn himayəsindən məhrum gənclərin əmək bazarına inteqrasıyası və s. sahələrdə uğurlu layihələrini davam etdirir.