“Bakcell həftələri” başlayır

bakcell-hefteleri-baslayir
Oxunma sayı: 694

“Qafqazinfo”nun məlumatına görə, Azərbaycanın ilk mobil rabitə operatoru Bakcell-in xidmətlərindən istifadə edən abunəçilər artıq onlayn ödəmələr portalında əlavə bonus qazanacaqlar.

Nəzərdə tutulan 6 “Bakcell həftələri”ndən birincisi 03-09 aprel tarixində keçirilir. Bu müddət ərzində Hesab.az portalı, qeydiyyatdan keçən istifadəçilərinə Bakcell xidmətləri üzrə aparılan 10 AZN-dək əməliyyatlara görə ikiqat bonus (hər 1 manat 200 bonus xalı), 10 AZN-dən - 20 AZN-dək – üçqat (hər 1 manat 300 bonus xalı), 20 AZN-dən çox əməliyyatlara görə isə dördqat bonus (hər 1 manat 400 bonus xalı) qazandıracaq. Bonus xalları ilə Bakcell abunəçiləri Hesab.az hərraclarında xüsusi hədiyyələr əldə edə biləcəklər. Bu məqsədlə portaldakı bonus hərraclarına “Bakcell” şirkəti tərəfindən müxtəlif dəyərli Bakcell və “Mançester Yunayted” hədiyyələri çıxarılır. Qeyd edək ki, hərraclarda iştirak etmək üçün Hesab.az portalında qeydiyyatdan keçmək və 20 min bonus xalı toplamaq kifayətdir.