Bakcell-in stendi “BakuTel”in ən orijinalı seçildi

Bakcell-in stendi “BakuTel”in ən orijinalı seçildi
Oxunma sayı: 267

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti 23-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları “BakuTel 2017” Sərgi-Konfransında fəal iştirakına görə mükafatlandırılıb. Şirkətinin stendi “BakuTel-2017” sərgisinin “ən orijinal stendi” adına layiq görülüb.

"Qafqazinfo" xəbər verir ki, 2017-ci ilin 5-8 dekabr tarixlərində keçirilmiş “BakuTel 2017” sərgisi çərçivəsində təşkil edilmiş Bakcell stendi sərgi qonaqlarının böyük marağına səbəb olaraq, bu nüfuzlu tədbirin ən populyar və ziyarət olunan stendinə çevrilib. Stendin ziyarətçiləri “Robot Automation Latency” (Proseslərin Robotlaşdırılması, Məlumatların Ötürülməsində Gecikmə Müddəti) nümayişi ilə yanaşı, Azərbaycanda indiyədək görünməmiş 5G-yə hazırlığı və 4.5G Pro texnologiyasının 1 Gb/saniyəyədək olan inanılmaz sürətini görmək imkanını qazanıblar. Bundan əlavə, Bakcell stendinin qonaqları Bakcell şirkətinin təqdim etdiyi “Bakcell TaxFree app”, “Klass Postpaid”, “MyHour” və hətta “Pulsuz İnstagram” kimi bəzi yeni məhsullar, təkliflər və xidmətlərlə tanış olublar.

Maraqlı müsabiqələr və bol əyləncə ilə yanaşı, stenddə Bakcell şirkətinin “AppLab” proqramı vasitəsilə gənc Azərbaycanlı proqram tərtibatçıları tərəfindən yaradılmış 3 layihə də nümayiş etdirilib.

Nəticədə innovativ və maraqlı məzmun sayəsində Bakcell şirkətinin stendi sərginin “ən orijinal stendi” seçilib və “BakuTel-2017” sərgisinin təşkilatçısı Caspian Event Organizers (CEO) şirkəti tərəfindən sertifikatla təltif olunub. Bakcell şirkətinin “BakuTel 2017” sərgisi çərçivəsində təşkil edilmiş stendinin bütün ziyarətçiləri mehriban və əyləncə dolu bir mühitdə ən müasir texnologiyalardan istifadə etməklə unudulmaz təəssüratlar əldə ediblər. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi