Bakcell-in Wi-Fi etimadı doğruldur

bakcell-in-wi-fi-etimadi-dogruldur
Oxunma sayı: 1002


Bu xidmətin təklif edildiyi yerlərdən birində -  Filarmoniya Parkında Bakcell nömrəsi ilə internetə girdik. İnternetin sürəti kifayət qədər yaxşı idi. “Qafqazinfo”nun məlumatına görə, şirkətin təklif etdiyi Wi-Fi İnternet Xidmətiindən istifadə etməklə internetdə rahat işləmək, elektorn poçtu yoxlamaq, sosial şəbəkələri izləmək mümkündür.

Xatırladaq ki, Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti şəhərində Wi-Fi İnternet Xidmətinin kommersiya istifadəsinə verildiyini elan edir. Şirkət Wi-Fi İnternet Xidmətini Bakının Elmlər Akademiyası və Hüseyn Cavid parkı, Filarmoniya Parkı və İçəri Şəhər metro stansiyasının ətrafı, Fəvvarələr Meydanı, Nizami küçəsi, Zərifə Əliyeva adına park, Nərimanov parkı, Sabir bağı, Xəqani parkı, Sahil parkı və Dəmir Yolu Vağzalında göstərir.  
Wi-Fi xidməti mobil cihazlar, noutbuklar, planşetlər və digər oxşar cihazlar üçün nəzərdə tutulub.
Siz də bu xidmətdən istifadə etməklə internetə olan tələbatınızı ödəyə bilərsiniz!

Nigar Məmmədli