Bakcell-in yeni “Sharks Mobile” diler mağazası açılıb

bakcell-in-yeni-sharks-mobile-diler-magazasi-acilib
Oxunma sayı: 662

Şirkətdən “Qafqazinfo”ya verilən məlumata görə, Azadlıq prospekti 18 ünvanında yerləşən mağaza Cin, Klass və Gold abunəçiləri üçün tam çeşiddə xidmətlər təqdim edəcək. Bu mağazanı şirkətin digər mağazalarından fərqləndirən onun xarici və daxili tərtibatındakı yenilik, eyni zamanda göstərilən xidmətlərin çeşididir. Abunəçilər yeni mağazada planşet və telefonların yeni modellərini sınaqdan keçirə biləcəklər. “Sharks Mobile” Bakcell abunəçilərinə ilkin ödənişsiz 6 aylıq kreditlə telefon, planşet və noutbuklar əldə etmək imkanı verəcək. Özü də abunəçilər bu imkanı çox sadə formada - yalnız şəxsiyyət vəsiqələrini təqdim etməklə əldə edəcəklər.

Bakcell “Sharks Mobile” ilə birlikdə Azərbaycanda daha bir yeniliyə imza atıb; mağazanın daxilində “touch screen” monitor quraşdırılıb. Bu monitor vasitəsilə müştərilər istədikləri nömrənin axtarışını verə biləcəklər. Axtarış verildikdən sonra ekranda abunəçinin arzuladığı, yaxud da ona bənzər nömrələr görünəcək. İnnovasiya texnologiyası kimi Böyük Britaniya texnologiyasından istifadə edilərək Azərbaycanda ilk dəfə “touch screen foil” quraşdırılıb. Bu, xüsusi lent vasitəsilə sensor ekran funksiyasını yerinə yetirəcək adi şüşədir. Onun vasitəsilə Bakcell öz internet səhifəsini bəzi diler mağazaları və servis mərkəzlərinin çöl pəncərəsinə ötürə biləcək. Bu texnologiya sutkanın 24 saatı aktiv olacaq və abunəçilərə şirkətin internet səhifəsindən istifadə edərək “055” jurnalının yeni buraxılışları ilə tanış olmaq, onlayn ödəmələri həyata keçirmək, tarif və kampaniyalar haqqında məlumat almaq, pulsuz sms göndərmək imkanı verəcək. Həmçinin yaxın zamanlarda abunəçilərin “touch screen” vasitəsilə Skype-dən istifadə edərək Bakcell-in Məlumat Mərkəzlərinə onlayn qoşulması da planlaşdırılır.

Onu da qeyd edək ki, mağazaya fəaliyyətə başladıqdan sonrakı ilk üç gün ərzində baş çəkmiş müştərilərə hədiyyələr paylanacaq.

Nigar