Bakcell karyera sərgisində

bakcell-karyera-sergisinde
Oxunma sayı: 642

Bakcell Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin karyera sərgisinə qatılıb

“Qafqazinfo” xəbər verir ki, Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Məzun və Karyera Mərkəzi” tərəfindən təşkil edilmiş karyera sərgisində fəal iştirak edib.

ADNSU-nun məzun və yuxarı kurs tələbələrinin işgüzar mühitə inteqrasiyasına dəstək məqsədilə keçirilmiş karyera sərgisində Bakcell şirkətinin satış və marketinq departamentlərində mövcud olan vakansiya və təcrübə imkanları barədə geniş məlumat verilərək şirkətin nümayəndələri tərəfindən tələbə və məzunlarla müsahibələr keçirilib. İki min nəfərdən çox tələbə və məzunun ziyarət etdiyi karyera sərgisində quraşdırılmış Bakcell stendi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Bakcell şirkəti gənclərin təhsil almasına və karyera qurmasına dəstək göstərmək və beləliklə Azərbaycan gənclərinin parlaq gələcəyinə öz töhfəsini verməyə yönəlmiş uğurlu fəaliyyətini davam edəcək.