Bakcell Klass abunəçilərinə daha geniş imkanlar yaradan iki yeni tarifini təqdim edir

bakcell-klass-abunecilerine-daha-genis-imkanlar-yaradan-iki-yeni-tarifini-teqdim-edir
Oxunma sayı: 1285



Klass 5* tarifi üçün cəmi 45 AZN aylıq xidmət haqqı ödəməklə ölkədaxili zənglər üçün 1500 dəqiqə, 1500 SMS, 1500 MB İnternet trafiki, beynəlxalq zənglər üçün 50 dəqiqə və rouminq zəngləri üçün 50 dəqiqə əldə etmək mümkündür.

Yeni Klass 5*+ tarifi Bakcell abunəçilərinə daha geniş imkanlar təqdim edir. 95 AZN aylıq xidmət haqqı ödəməklə abunəçilərimiz ölkədaxili zənglər üçün 3500 dəqiqə, 3500 SMS, 3500 MB İnternet trafik, beynəlxalq zənglər üçün 100 dəqiqə və rouminq zəngləri üçün 100 dəqiqə əldə edir.

Tarifə qoşulma çox sadə və pulsuzdur. Klass 5* və ya Klass 5*+ tariflərinə qoşulmaq üçün müvafiq olaraq *245#YES və ya *295#YES yığmaq lazımdır.

Bundan əlavə, yeni tarif paketlərinin istifadəçiləri pulsuz və ya 50% endirimlə premium nömrə, “28 May Cinema”dan ikinci bileti pulsuz ala bilir, 189 taksi xidmətindən 50%, “Saffron Premium” restoranlarından isə 20% güzəşt və s. kimi bir sıra üstünlüklərdən faydalana biləcəklər. Daha ətraflı məlumatı buradan əldə etmək olar - http://www.bakcell.com/az/klass-2

Klass tarifi öz büdcəsinə nəzarət edən və fəal ictimai və peşəkar həyat tərzinə malik insanlar üçün nəzərdə tutulub. Klass öz dost və həmkarlarına daha yaxın olmaq, sərfəli rouminq qiymətlərindən yararlanaraq səyahət etmək və tarifin digər geniş imkanlarından istifadə edərək daima irəlidə olmaq üçün inanılmaz fürsətlər yaradır.