Bakcell məşhur futbolçunu Azərbaycana gətirir

bakcell-meshur-futbolcunu-azerbaycana-getirir
Oxunma sayı: 659

Bakcell-dən “Qafqazinfo”ya verilən məlumata görə, Yuneytedin “təbəssümlü qati”li klubun birdən üç titul qazandığı unudulmaz mövsümün ən aparıcı oyunçularından biri idi. 1998-ci ilin sentyabr ayında Aston Villadan transfer olunan Trinidad və Tobaqolu hücumçu 29 qol vuraraq bombardirlər siyahısında birinci pilləni tutdu, “Qırmızılar” isə titullar qazanırdı. York və Endi Koulun meydanda bir-birini yaxşı başa düşməsi onları müasir futbolun tarixində ən təhlükəli tandemlərdən biri edirdi.
Ruud Van Nistelroyun komandaya gəlişindən sonra Yorkun rolu nisbətən azaldı, lakin o, Arsenala 22 dəqiqə ərzində etdiyi “het-trik”-dən sonra bütün Yunayted azarkeşləri üçün canlı əfsanəyə çevrilib. Duayt Old Traffordu 2002-ci ildə tərk edib, lakin onun həmin stadiona opponent qismində qayıtması azarkeşlər tərəfindən daima isti qarşılanırdı.

Duayt Youk Bakcell şirkətinin xüsusi qonağı olaraq bir neçə tədbirdə iştirak edəcək. Bu tədbirlərin sırasında mayın 1-də Heydər Əliyevin 90 illik yubileyi münasibətilə AFFA tərəfindən təşkil olunacaq Azərbaycan və dünyanın veteran futbolçulardan ibarət yığma komandaları arasında yoldaşlıq görüşü və mayın 3-də Bakcell tərəfindən təşkil olunacaq Xeyriyyə Auksionunu xüsusi qeyd etmək lazımdır.

Xeyriyyə auksionunda yığılan pullar, ehtiyacı olan uşaqlara kömək məqsədilə UNICEF təşkilatına veriləcək.

Bakcell şirkəti Mançester Yunayted-in bütün MDB məkanında ilk rəsmi telekommunikasiya partnyoru olaraq, 2.6 milyondan çox Bakcell müştərisi və xüsusilə də Mançester Yunayted azarkeşlərinə geniş çeşiddə xüsusi və eksklüziv kontenti təqdim edir.