“Bakcell” “Opera Software” şirkəti ilə əməkdaşlığa başladı

bakcell-opera-software-sirketi-ile-emekdasliga-basladi
Oxunma sayı: 731

“Qafqazinfo”nun məlumatına görə, tədbirdə “Bakcell” şirkətinin prezidenti Riçard Şirer çıxış edərək deyib ki, bu əməkdaşlıq çərçivəsində “Opera Software” şirkəti “Bakcell” abunəçilərinə mobil telefon vasitəsilə internetdən daha sürətli və rahat istifadəni təklif edən “Opera Mini” brauzerinin xüsusi versiyasını hazırlayıb: “Brauzerdən istifadə zamanı internet səhifələri digər mobil brauzerlərlə müqayisədə daha tez yüklənir. Xüsusi olaraq mobil telefonlar üçün hazırlanmış “Opera Mini” brauzeri veb-səhifələrini sıxmaqla məlumat axınını 90%-dək azaldır və yüksəksürətli internetdən istifadə zamanı pula qənaət etmək imkanını yaradır”.

Qeyd edək ki, “Bakcell” “Opera Mini” istifadəçilərinə 0,19 manat qiymətinə bir günlük və ya 1,99 manat qiymətinə aylıq limitsiz internet paketləri təklif edir. “Bakcell” abunəçiləri mobil telefonlardan m.opera.com ünvanına daxil olub “Opera Mini” brauzerlərini yükləyə bilər. Xidmət “Blackberry” istifadəçiləri istisna olmaqla, bütün “Bakcell” abunəçiləri üçün nəzərdə tutulub. Bunun üçün gündəlik və aylıq paketə müvafiq olan “1” və ya “30” kodunu 6464 nömrəsinə SMS vasitəsilə göndərmək kifayətdir.

Nigar Məmmədli