Bakcell rouminqə qoşulma qaydalarını sadələşdirir

bakcell-rouminqe-qosulma-qaydalarini-sadelesdirir
Oxunma sayı: 2383



Belə ki, dekabr ayından etibarən bütün Klass və Gold tarif istifadəçiləri rouminqə qoşulmanı USSD vasitəsilə həyata keçirə biləcəklər.

Xidməti aktivləşdirmək üçün fakturalı xətt istifadəçiləri ölkə hüdudlarını tərk etməzdən əvvəl telefonlarında *121#1#YES yığmaqla rouminq xidmətinə qoşula və xarici səfərləri zamanı istifadə edə biləcəklər.

Xidmətdən imtina üçün *121#0#YES, xidmət haqda əlavə məlumat almaq üçün isə *121#YES.

Rouminq xidmətinə qoşulma və imtina pulsuzdur.