Bakcell sosial mediada abunəçilərin suallarının cavablandırılma səviyyəsinə görə liderdir

bakcell-sosial-mediada-abunecilerin-suallarinin-cavablandirilma-seviyyesine-gore-liderdir
Oxunma sayı: 773


Xüsusi analitik platforma vasitəsilə dünyadakı böyük şirkətlərin sosial şəbəkələrdəki fəaliyyətinin monitorinqini həyara keçirən tanınmış “Socialbakers” şirkəti bu ilin ikinci yarısında Azərbaycandakı şirkətlərin “Facebook”dakı fəaliyyətlərini nəzərdən keçirib.

Beləliklə, Azərbaycan şirkətlərinin rəsmi “Facebook” səhifələrində abunəçilərin sorğularının cavablandırılması üzrə ən yüksək göstəricilərdən biri 97% olmaqla Bakcell şirkətinə məxsusdur.

Qeyd edək ki, qlobal səviyyədə şirkətlərə məxsus “Facebook” səhifələrinin yalnız 5%-i “Socially Devoted” sertifikatına layiq görülür.

Sosial media vasitələri məhsul və xidmətlər haqqında məlumatların geniş abunəçi bazasına daha yaxşı çatdırılması və abunəçilərin suallarının cavablandırılması baxımından “Bakcell”in vacib kommunikasiya vasitələrindən biridir. Şirkətin bir çox sosial şəbəkədə rəsmi səhifəsi fəaliyyət göstərir.