Bakcell təkzib etdi

bakcell-tekzib-etdi
Oxunma sayı: 1189


15 yanvar 2014-cü il tarixində “qafqazinfo.az” saytında “Bakcell”in Ulduzu söndü?” adlı məqalədə Bakcell Ulduzum sadiqlik proqramının istifadəsi ilə bağlı dərc olunmuş məlumatların həqiqətə uyğun olmaması müəyyən edilmişdir. Belə ki, Bakcell ötən ilin sonlarında Bakcell Ulduzum sadiqlik proqramını uğurla təqdim edib. Bu proqram çərçivəsində Bakcell müxtəlif xidmətlər və məhsullar üçün endirimlər təklif edir. Ulduzum proqramına qoşulmaq üçün “1” yazıb 5555 qısa nömrəsinə pulsuz SMS yollamaq kifayətdir. Hər dəfə “Bakcell”in Ulduzum proqramı çərçivəsində endirimdən yararlanmaq istəyən abunəçi “*” yazıb 5555 qısa nömrəsinə yollamaqla bir neçə  saniyə ərzində 4 rəqəmli kod alır və bu kod vasitəsilə Ulduzum tərəfdaşlarının təklif etdiyi xidmət və məhsullara müxtəlif endirimlər əldə edir.

Bu proqram müştərilərin böyük marağına səbəb olub. Bir aydan az müddət ərzində yüz minlərlə abunəçi Ulduzum proqramına qoşulub və bu say gündən-günə artmaqdadır.

Abunəçilərin Ulduzum kodlarını ala bilməməsi ilə bağlı məqalədə yer alan məlumat isə reallığı əks etdirmir. Yuxarıda göstərilən qaydada SMS yollamaqla abunəçinin endirim kodu əldə etməsində heç bir texniki və ya digər problem yoxdur.

Bakcell öz abunəçilərini Ulduzum proqramından faydalanmağa dəvət edir. Ulduzum proqramının qaydaları, tərəfdaşlar və müvafiq endirimlər barədə ətraflı məlumatı  www.ulduzum.az saytından əldə etmək olar.