Bakcell və Junior Achievement tələbələrə sertifikatlar verib

bakcell-ve-junior-achievement-telebelere-sertifikatlar-verib
Oxunma sayı: 656

Bakcell-dən “Qafqazinfo”ya verilən məlumata görə, layihə, Bakcell şirkətinin dəstəyilə və Alcatel-Lucent Azərbaycan şirkəti ilə tərəfdaşlıq çərçivəsində Junior Achievement Azərbaycan təşkilatı tərəfindən həyata keçirilən “Mobil Telekommunikasiya Biznesinə Giriş” proqramı çərçivəsində reallaşır.

Bakcell-in Baş icraçı direktoru Riçard Şirer tələbələri işə hazırlıq proqramını uğurla bitirdiklərinə görə təbrik edərək, onlara təhsildə və gələcək karyeralarında uğurlar arzulayıb.
Junior Achievement Azərbaycan təşkilatının İcraçı direktoru Rəşad Xanlarov təcrübə imkanlarına görə tələbələr adından Bakcell şirkətinə təşəkkürünü bildirib.

Xatırladaq ki, Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Qafqaz və Xəzər universitetlərini təmsil edən 45 tələbə proqramda iştirak etmək üçün seçilib. Proqram çərçivəsində tələbələr işə hazırlıq, biznes etikası və mobil telekommunikasiya sənayesi üzrə ixtisaslaşmış təlimlərdə iştirak ediblər. Ən uğurlu 15 tələbə Bakcell şirkətində təcrübə proqramında iştirak etmək və telekommunikasiya biznesində karyera haqqında öyrənmək imkanı qazanıb.

Nigar Məmmədli