Bakcell Yeni Klass tarif portfelini təqdim edib

bakcell-yeni-klass-tarif-portfelini-teqdim-edib
Oxunma sayı: 659

“Qafqazinfo”nun məlumatına görə, şirkətin bu gün keçirilən mətbuat konfransında bildirilib ki, yeni portfel aylıq danışıq, mesajlaşma və mobil internet ehtiyaclarından asılı olaraq müxtəlif qrup abunəçilər üçün nəzərdə tutulmuş 3 tarif planından ibarətdir: Klass L, Klass XL, və Klass XXL. Klass L tarif paketinin istifadəçiləri ayda sadəcə 5 AZN ödəyib 100 ölkədaxili dəqiqə, 100 ölkədaxili SMS və 100 MB internet trafikindən faydalanacaqlar. Klass XL abunəçiləri ayda cəmi 10 AZN ödəyib 250 ölkədaxili dəqiqə, 250 ölkədaxili SMS və 250 MB internet trafiki əldə edəcəklər. Klass XXL abunəçiləri isə ayda cəmi 25 AZN ödəyib 750 ölkədaxili dəqiqə, 750 ölkədaxili SMS və 750 MB internet trafiki əldə edəcəklər.
“Biz Yeni Klass tariflərini mobil rabitənin bütün imkanlarından istifadə edib daim ünsiyyətdə qalan, rahatlıq və keyfiyyəti sevən insanlar üçün yaratmışıq. Yeni Klass ilə siz dəqiqə və ya bir meqabaytın qiyməti və yaxud nömrənizin balansı barədə artıq düşünməyəcəksiniz. Sadəcə, ehtiyaclarınıza uyğun olan Yeni Klass tarifini seçin və telefonunuzun bütün imkanlarından yararlanın – danışın, SMS yazın və İnternetdən istifadə edin”,- deyə Bakcell şirkətinin baş marketinq direktoru Aynur Abjanova bildirib.
Qeyd edək ki, Bakcell abunəçisi olmaq istəyənlər Bakcell-in istənilən diler mağazasına gəlib, Yeni Klass nömrəsini əldə edib tarifə qoşula bilərlər.
CİN abunəçiləri, sadə bir USSD kodunu yığıb Yeni Klass tariflərinin birinə qoşula bilərlər. (Klass L üçün *205#YES, Klass XL üçün *215#YES, Klass XXL üçün *230#YES).
Klass abunəçiləri isə, yeni tarifə keçmək üçün Bakcell Xidmət Mərkəzinə gəlib, yeni SİM kartı pulsuz əldə edə bilər. Yeni Klass tarifinə keçmək istəməyən Klass abunəçiləri cari tarifdən istifadə etməkdə davam edə bilərlər.
Yeni Klass 13 mart 2013-cü il tarixindən etibarən təklif olunur.

Qeyd edək ki, yeni tarif portfelinin simalarından biri məşhur tele-aparıcı Samirə Mustafayevadır.

Nigar Məmmədli