Bakcell yeni Rouminq Kampaniyasını təqdim edir

bakcell-yeni-rouminq-kampaniyasini-teqdim-edir-
Oxunma sayı: 772



Məzuniyyət mövsümünün gəlişini nəzərə alaraq, Bakcell ölkə xaricində dincəlməyə üstünlük verən müştərilər üçün xüsusi təklif hazırlayıb. Bakcell şirkətinin təqdim etdiyi yeni kampaniya rouminq zənglərini heç vaxt olmadığı kimi sərfəli edəcək.
İyun ayının 21-dən etibarən Türkiyə, Gürcüstan və Rusiyaya səfər edən bütün CİN və Yeni Klass abonentləri daxil olan zənglərin dəqiqəsinə sadəcə 0.35 AZN ödəyib danışa biləcəklər. Bundan əlavə, kampaniya çərçivəsində çıxış zəngləri üçün xüsusi qiymət təklif olunur. Belə ki, rouminqdə olarkən hər bir çıxış zənginin dəqiqəsinin qiyməti sadəcə 0.75 AZN təşkil edəcək.
Kampaniyaya qoşulmaq üçün *130#YES nömrəsini yığmaq kifayətdir. Kampaniyanın gündəlik xidmət haqqı 0.35 AZN təşkil edir. Abunəçi Azərbaycana qayıdan zaman xidmət avtomatik olaraq dayandırılacaqdır.
Səfərdə olarkən ən sərfəli rouminq tariflərindən yararlanmaq üçün, abunəçilər aşağıda göstərilən şəbəkələrə qoşulmalıdırlar:
Türkiyə – Vodafone və Avea
Gürcüstan – Magticom və Mobitel
Rusiya - Beeline
Bu unikal tarif yalnız 30 Sentyabr 2013-cü il tarixinə qədər qüvvədə olacaqdır. Kampaniyada iştirakınızı dayandırmaq üçün *130#0#YES yığın.