“Bakcell”dən bayram payı

bakcellden-bayram-payi
Oxunma sayı: 671

Şirkətdən “Qafqazinfo”ya verilən məlumata görə, yaxın insanların qayğısına qalmaq ayı sayılan bu mübarək ayda bir-birini ziyarət edə bilməyən ailə üzvləri və dostlar öz Ramazan xeyir-dualarını zəng vasitəsilə bir-birləri ilə bölüşə bilərlər. “Bakcell”lə onlar sərfəli qiymətlərlə danışa bilərlər.

Ramazan ayı boyunca 2, 5 milyondan artıq abunəçisi olan Bakcell ailəsi bir-birilə 50% güzəştlə danışmaq imkanını qazanacaq. Bu təklif yalnız şəbəkədaxili zənglər üçün yararlıdır. Avqustun 1-dən etibarən avqustun 31-nə qədər bütün Bakcell abunəçiləri hər gün saat 21:00-dan səhər 8:00-a qədər Bakcell nömrələrinə zəng edərkən 50% güzəşt əldə edəcəklər. Bu güzəşt “Sevimli nömrələrə və “Mənim Ərazim” xidmətinə aid edilmir. Ramazan kampaniyasına qoşulmaq üçün 980 qısa nömrəsinə SMS göndərmək kifayətdir. Abunə haqqı 1, 99 AZN təşkil edir. Şəbəkəxarici zənglərin qiyməti abunəçinin istifadə etdiyi tarif planına uyğun olaraq dəyişilməz qalır.

Qeyd edək ki, “Bakcell”in “Yatma, danış” kampaniyasının istifadəçiləri Ramazan kampaniyasına qoşularaq, hər iki kampaniyadan eyni zamanda yararlana bilərlər. Beləliklə, müştərilər axşam saat 21:00-dan 00:00-a qədər şəbəkədaxili 50% güzəştlə, 00:00-dan səhər 8:00-dək isə pulsuz danışa bilərlər.

Nigar Məmmədli