Bakcelldən CINeration

bakcellden-cineration-
Oxunma sayı: 670

“Şirkətdən “Qafqazinfo”ya verilən məlumata görə, yeni CINeration tarifi xüsusi olaraq yeni informasiya və kommunikasiya texnologiyalarını öz həyatlarının mühüm bir hissəsi hesab edən dinamik və müasir gənclər üçün nəzərdə tutulub. Bu tarif gəncləri CINeration şüarı altında bir yerə toplayacaq. Bütün CINeration abunəçiləri ilə xüsusi qiymətə – dəqiqəsi 2 qəpiyə danışmaq imkanı olacaq. CINeration tarifi mobil rabitənin bütün növləri üzrə faydalı imkanlar təklif edir: ölkədaxili bütün istiqamətlərə göndərilən SMS və MMS-in qiyməti sadəcə 2 qəpik, İnternet trafiki isə yarı qiymətədir. Bu isə o deməkdir ki, Facebook və digər sosial şəbəkələrdə dostlarla danışmaq daha da sərfəli olacaq. Gecələr ünsiyyət saxlamağı xoşlayan gənclər xüsusi gecə tarifindən yararlanacaqlar – bütün Bakcell nömrələrinə zəngin 1 dəqiqəsi və ya 1 SMS-in qiyməti sadəcə 1 qəpik təşkil edir.

Əgər siz Bakcell-in yeni abunəçisisinizsə, sadəcə Bakcell-in CİN nömrəsini alın və *138#4#YES yığmaqla yeni tarifə qoşulun. Cari CİN abunəçiləri də eyni kodu yığaraq bu tarifə qoşula bilərlər. 10 yanvar, 2012-ci il tarixinədək CİNeration tarifinə ilk qoşulma pulsuzdur.

Nigar Məmmədli