“Bakcell”dən gənc ixtiraçılara dəstək - Fotolar

bakcellden-genc-ixtiracilara-destek
Oxunma sayı: 1219

"Bakcell" şirkəti ABŞ-ın Azərbaycandakı Səfirliyi ilə birgə azərbaycanlı şagirdlərin ABŞ-da keçirilən "Dahilərin olimpiadası"nda iştirakına dəstək göstərib.

“Qafqazinfo” xəbərt verir ki, ABŞ-ın Nyu-York ştatında SUNY Oswego Universitetində keçirilmiş IX "Genius olympiad" ("Dahilərin olimpiadası") müsabiqəsində Azərbaycanı Gəncə şəhərindən olan IX sinif şagirdləri Rəsul Əliyev və Hüseyn Əliyev təmsil edib. 

Onlar tədbirdə “LEGO technic” vasitəsilə yaratdıqları “RoboAqrar” robotunu nümayiş etdiriblər. Fermerlər üçün nəzərdə tutulan bu robot kənd təsərrüfatında geniş istifadə potensialına malikdir. Gənc ixtiraçılarımız olimpiadanın “Biznes” kateqoriyasında fərqlənmə diplomuna layiq görülüb. 

Qeyd edək ki, müsabiqəyə 79 ölkədən 2800 nəfərdən çox şagird qoşulub.