Bakcelldən Klass abunəçilərinə iki tarif

bakcellden-klass-abunecilerine-iki-tarif-
Oxunma sayı: 714

İndi Bakcell “Klass 7” və “Klass Peşəkar” tarif planlarını təqdim edir. Klass abunəçiləri bunlardan birini seçib ən sərfəli qiymətə “Klass 7” və “Klass Peşəkar” tarif planlarından yararlana bilərlər.

“Klass 7” tarifi çərçivəsində Bakcell abunəçiləri danışıq haqqını hər limitsiz zəngə görə ödəyəcəklər*. Sevimli Nömrələrə edilən bir zəngin qiyməti isə sadəcə 2 qəpik təşkil edəcək.
3G xidmətinin uğurlu başlanğıcından sonra Bakcell şirkəti Klass 7 abunəçilərinə əlavə üstünlüklər təklif etməkdədir – gündəlik 1 AZN dəyərində İnternetdən istifadə edən Klass 7 abunəçiləri hədiyyə olaraq eyni müddət üçün limitsiz** İnternet əldə edəcəklər.

Hazırda Bakcell-in Klass Peşəkar abunəçilərinə hər ay 250 pulsuz SMS və 50 Mb pulsuz İnternet hədiyyə olunur. 3G xidmətlərinin istifadəyə verilməsi ilə əlaqədar həmin bonus 250 Mb təşkil edir.

Bakcell şirkəti müştərilərin ehtiyac və tələblərinə cavab vermək üçün bütün imkanlardan istifadə edir. Klass tarifi öz büdcəsinə nəzarət edən və fəal ictimai və peşəkar həyat tərzinə malik insanlar üçün nəzərdə tutulub. Klass öz dost və həmkarlarına daha yaxın olmaq, sərfəli rouminq qiymətlərindən yararlanaraq səyahət etmək və tarifin digər geniş imkanlarından istifadə edərək daima irəlidə olmaq üçün inanılmaz fürsətlər yaradır.

Klass abunəçisi olmaq üçün istənilən Bakcell ticarət nişanlı dükana baş çəkib Klass nömrəsi almaq və ehtiyacınıza ən uyğun Klass tarifini seçmək kifayətdir. Bakcell öz müştərilərinə bütün ölkə ərazisində fəaliyyət göstərən 220-dən artıq xidmət və satış nöqtəsi vasitəsilə həm Bakıda, həm də regionlarda xidmət göstərir. Bakcell-in müştəri xidməti üzrə nümayəndələri və dilerlər müştərilərə ən yaxşı mobil rabitə planını seçməkdə böyük məmnuniyyətlə kömək edəcəklər.

Bakcell-in məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555-ə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

* Bir zəngin maksimal müddəti 1 saatdır.
** Limitsiz İnternet – 1GB.

Nigar