“Bakcell”ə nə olub?

bakcelle-ne-olub
Oxunma sayı: 649

Trend-in məlumatına görə, bu gün səhər saatlarından Azərbaycanın mobil operatorlarından biri olan "Bakcell" abonentlərinin şəbəkədaxili zənglərində problem yaranıb.

Səhər saatlarından başlayaraq abonentlər bir-birlərinə zəng etməkdə çətinlinlik çəkiblər.

"Bakcellin "Facebook" sosial şəbəkəsindəki səhifəsində şikrkət məsələyə aydınlıq gətirib və Bildirilib ki, hazırda şəbəkə ilə bağlı muəyyən rayonlarda texniki işlər aparılır. Tez bir zamanda nasazlıq aradan qaldırılacaq.

Şirkət sosial şəbəkədəki səhifəsində müvəqqəti narahatçılığa görə abunəçilərindən üzr istəyib.