“Bakcell”in “055” jurnalı nəşr olunub - Foto

bakcellin-055-jurnali-nesr-olunub-foto
Oxunma sayı: 680

Şirkətdən “Qafqazinfo”ya verilən məlumata görə, müştərilərin məlumatlandırılması və “Bakcell” ticarət nişanının tanınmasına yönəldilmiş bu jurnal şirkətin fəaliyyətini, yeni məhsul və xidmətlərini, eləcə də Azərbaycanda və dünyada mobil texnologiyalar barədə ən son faktları və maraqlı xəbərləri işıqlandıracaq.

İyulun 27-də “Gənclərin Fəaliyyətinə Dəstək Mərkəzi”nin könüllülərinin dəstəyi ilə “055” jurnalının ilk buraxılışının yayılması üçün “Bakcell” şirkəti Bakının mərkəzində aksiya keçirib və jurnal şəhər sakinlərinə paylanıb. 100 min tirajla nəşr edilmiş jurnalın ilk sayı həmçinin Bakıda və rayonlarda yerləşən bütün “Bakcell” ticarət nişanlı satış və xidmət nöqtələrində, eləcə də diler məntəqələrində pulsuz əldə edilə bilər. Jurnalın 1-ci buraxılışında “”Bakcell”də nə kimi yeniliklər var?”, “VİP müştəri olmaq üçün nə etmək lazımdır?”, mobil telekommunikasiya bazarında baş vermiş və baş verəcək hadisələr, ən son texnoloji yeniliklər və s. kimi maraqlı mövzular əhatə edilib. Jurnalın oxucuları həmçinin müxtəlif müsabiqələrdə iştirak edib, “Bakcell”dən və digər tanınmış şirkətlərdən qiymətli mükafatlar qazanmaq imkanını əldə edəcəklər. Məsələn, ilk buraxılışda oxucular Apple şirkətinin məhsullarını hədiyyə olaraq qazana bilərlər.

“Bakcell” şirkətinin Baş icraçı direktoru Riçard Şirer jurnal haqqında bunları deyib: “Bu gün “Bakcell”in 2.5 milyondan artıq aktiv abunəçisi var və onların sayı gündən günə artmaqdadır. Biz müştərilərimizə ən yüksək səviyyəli xidmətləri göstərmək üçün əlimizdən gələni edirik. Məqsədimiz Daha Yaxın olmaqdır və mən inanıram ki bu jurnal bizi müştərilərimizə daha bir addım yaxınlaşdıracaq”.

Nigar Məmmədli