“Bakcell”in “Prado”su balansı necə yeyir?

bakcellin-pradosu-balansi-nece-yeyir
Oxunma sayı: 799

Telefonun balansından xəbərin olmadan pul silinməyə başlayır. Balansdan pullar heç kimə məlum olmayan “Toyota Prado” maşını uduşu lotereyası üçün, özü də pullar balans sıfıra enənə qədər çıxılır.
“Sonra isə SMS vasitəsi ilə tövsiyə olunur ki, oyunda iştirak etmək üçün balansa pul yüklənilsin. Sonradan bu proses məni bezdirdi və həmin psevdolotereyadan yaxa qurtarmaq istədim. “Baksel”ə zəng vuranda isə dedilər ki, onların bu məsələyə aidiyyatları yoxdur və məsələni dəqiqləşdirmək üçün 541-46-68 və ya 541-47-11 nömrəsinə zəng vurmağı məsləhət gördülər. Öyrəndim ki, bu telefon nömrələri "Novomedia" MMC-yə məxsusdur. Lakin telefon zənglərimə cavab verilmir” - deyə məktubda deyilir.

Şirkətin media ilə əlaqələr üzrə baş mütəxəssisi Süheylə Cəfərova Milli.Az-a açıqlamasında abunəçinin balansından məbləğ çıxmasını onun hər hansı kampaniyaya qoşulması ilə əsaslandırdı. Onun sözlərinə görə, əgər abunəçi hər hansı kampaniyada iştirak etmək üçün nömrəsini aktivləşdirmirsə, onun balansından mənbləğ çıxıla bilməz. “Abunəçi bu cür kampaniyalara qoşulur və bundan sonra qiymətlər barəsində də xəbərdarlıq mesajı alır. Bu cür xidmətlər “Bakcel” yox, xüsusi provayderlər tərəfindən həyata keçirilir. Bu xidməti deaktiv etmək üçün isə yenə provayderə müraciət olunmalıdır. Bunun üçün qısa kodlar abunəçiyə göndərilir. Abunəçi həmin qısa kodlara sms göndərməklə hər hansı xidməti dayandıra bilər. Bu halda abunəçi 2992 koduna iki sms göndərməlidr, birincidə "Dayan", ikincidə isə "Stop" yazılmalıdır, hər iki sms pulsuzdur.

Aşağıdakı telefonlara gəldikdə isə onlar işlək nömrələrdir. Görünür, abunəçi zəng edən vaxt xətt məşğul olub və növbəti zəngi etmək istəməyib. Amma bütün kampaniyalardan deaktivasiya olunmaq üçün müxtəlif qısa kodlar olur və abunəçi istədiyi vaxt o kodlara sms göndərməklə iştirakını dayandıra bilər. Bu halda dediyim ki, kod 2992-dir” - deyə S.Cəfərova əlavə edib.

S.Cəfərova qeyd etdi ki, şikayət edən abonent noyabrın 16-da sms göndərib və kampaniyaya qoşulub. Kampaniyaya qoşulmaq haqqından artıq (29 qəp) bir dəfə sms göndərib və balansından 0,59 qəpik çıxılıb. Əks təqdirdə, onun balansından məbləğ çıxıla bilməzdi.