Bakı 1 ildə on faiz bahalaşdı

baki-1-ilde-on-faiz-bahalasdi
Oxunma sayı: 646

Nəticələrə görə, avqust ayında Azərbaycanda 1,06 faiz inflyasiya qeydə alınıb. Ərzaq məhsulları 1,73 faiz, qeyri-ərzaq məhsulları 0,40 faiz, xidmət tarifləri isə 0,13 faiz bahalaşıb.

Hesablamalar göstərib ki, 2012-ci ilin səkkiz ayında ölkədə 2,52 faiz, o cümlədən Bakıda 4,62 faiz, regionlarda isə 0,46 faiz inflyasiya qeydə alınıb. Ərzaq məhsulları 4,03 faiz, xidmətlər 2,86 faiz bahalaşıb, qeyri-ərzaq məhsulları isə 0,80 faiz ucuzlaşıb.

Ötən ilin eyni dövrü ilə müqayisədə ölkədə 6,53 faiz bahalaşma qeydə alınıb. Bakıda qiymətlər 9,93 faiz, regionlarda isə 3,18 faiz artıb./mediaforum/