Bakı aeroportu bir sıra reysləri ləğv etdi

baki-aeroportu-bir-sira-reysleri-legv-etdi
Oxunma sayı: 632

Bu barədə Trend-ə aeroportdan bildirilib.

Aeroportdan bildirdiklərinə görə, Bakıdan Aberdinə (yola düşmə vaxtı 08:50), Gəncəyə (yola düşmə vaxtı 09:55) və Tehrana (yola düşmə vaxtı 10:35) reyslər ləğv edilib.

Bundan başqa, Tehrandan (gəlmə vaxtı 05:40) və Gəncədən (gəlmə vaxtı 12:55) reyslər də ləğv edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundanm daha əvvəl Trend-ə verilən məlumata görə, fevralın 9-da Bakıda yağıntıda fasilə olacağı, şimal-qərb küləyinin mülayimləşəcəyi gözlənilir. Havanın temperaturunun fevralın 9-da gecə 8-13, gündüz isə 0-3 dərəcə şaxta olması ehtimalı var.