Bakı Avrasiya Universiteti boş qalan plan yerlərinə qəbul elan edir

baki-avrasiya-universiteti-bos-qalan-plan-yerlerine-qebul-elan-edir
Oxunma sayı: 6383

Bakı Avrasiya Universiteti I və II ixtisas qrupları üzrə boş qalan plan yerlərinə  qəbul elan edib.

“Qafqazinfo” xəbər verir ki, Bakı Avrasiya Universiteti 2018/2019-cu tədris ili üçün bakalavriat səviyyəsi üzrə I və II qruplarda boş qalan plan yerlərinə abituriyentlərin qəbulunu davam etdirir.

Qəbul Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən və ümumi qaydalarla aparılır.

Qəbul aparılan ixtisasların siyahısı

I qup üzrə

162112 İnformasiya texnologiyaları 24 yer -1700 AZN

II qrup üzrə

162129 Regionşünaslıq (ABŞ və Kanada) -7yer - 1700 AZN

162145 Regionşünaslıq (Avropa ölkələri) - 37 yer - 1600 AZN

162161 Regionşünaslıq (Yaxın və orta şərq) - 19 yer - 1600 AZN

162178 Beynəlxalq münasibətlər - 19 yer - 1700 AZN

162186 İqtisadiyyat - 19 yer - 1700AZN

162194 İqtisadiyyat - 8 yer qiyabi - 1300 AZN

Bakı Avrasiya Universiteti ödənişli əsaslarla qəbul olan tələbələr üçün Universitetin daxili imkanları hesabına təqaüd verir. Semestr ərzində minimum 30 kreditlik fənn götürmüş, eyni zamanda müvəffəqiyyət göstəricisi 95 və yuxarı, qiymətləri A olan tələbələrə təqaüd verilir.

* 2018/2019-cu tədris ilindən etibarən Bakı Avrasiya  Universitetinə ödənişli əsaslarla qəbul olan 500 və yuxarı bal toplamış tələbələr birinci tədris ili üçün təhsil haqqı ödənişindən tam azaddırlar. İkinci tədris ilindən etibarən cari semestr üzrə orta müvəffəqiyyət göstəricisi 85-95 qiymətləri A/B olduqda təhsil haqqı ödənişindən 50%, orta müvəffəqiyyət göstəricisi 95 və yuxarı, qiymətləri A olduqda təhsil haqqı ödənişindən tam azad olunurlar.

* Tələbələrə Erasmus+, Mövlanə  proqramları vasitəsilə xaricdə təqaüdlü təhsil və akademik təcrübə imkanları yaradılır.

*  Ödənişli əsaslarla təhsil alan, hər iki valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş tələbələr, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş; Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş; hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların övladları təhsil haqqı ödənişindən azaddırlar.

Universitetin  müasir standartlara cavab verən qızlar üçün nəzərdə tutulmuş tələbə  yataqxanasının əlavə yerləri bu ilin sentyabr ayı tam təmirli tələbələrin ixtiyarına veriləcək.