Bakı Avrasiya Universitetində “Açıq qapı” günü keçirilib

baki-avrasiya-universitetinde-aciq-qapi-gunu-kecirilib
Oxunma sayı: 1086

Bakı Avrasiya Universitetində qış imtahanı sessiyası ərəfəsində, yanvarın 22-də media mənsubları və valideynlərin iştirakı ilə “Açıq qapı” günü keçirilib.

"Qafqazinfo" xəbər verir ki, müxtəlif televiziya, qəzet, jurnal və sayt redaktorlarının iştirakı ilə baş tutan “Media tur” çərçivəsində qonaqlar imtahanların gedişi ilə yaxından tanış olublar. İmtahanın şəffaflığını yüksək qiymətləndirən qonaqlar imtahan gedişatında iştirak ediblər. BAU-nun kafedraları, fakültələri və dekanları haqqında qonaqlara ətraflı məlumat verilib.