Bakı Avrasiya Universitetində Bayraq gününə həsr edilmiş tədbir keçirilib

baki-avrasiya-universitetinde-bayraq-gunune-hesr-edilmis-tedbir-kecirilib
Oxunma sayı: 1286

Bu gün Bakı Avrasiya Universitetinin və YAP Nərimanov rayon Gənclər Birliyinin təşkilatçılığı ilə 9 noyabr Dövlət Bayrağı gününə həsr edilmiş tədbir keçirilib.  Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

"Qafqazinfo" xəbər verir ki, tədbirdə çıxış edən YAP Nərimanov rayon Gənclər Bilrliyin sədri,professor Yusif Babanlı Azərbaycanın dövlət bayrağının ilk dəfə dalğalanmasından və bu tarixi hadisədən 99 il ötüdüyünü qeyd edərək bu gün fəxrlə  başımız  üzərində dalğalanan üçrəngli dövlət bayrağımızın yenidən 70 il sonra, müasir Azərbaycanın qurucusu, ulu öndər Heydər Əliyevin təşəbbüsü Naxçıvan Muxtar Respublikasının Ali Məclisində rəsmi dövlət atributu kimi təsdiqləndiyini, həmçinin Ümummilli Liderin təşəbbüsü ilə bu məsələ ilə bağlı Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırılmasından  və nəticədə milli bayrağımız ölkəmizin dövlət rəmzi kimi qəbul edilməsindən danışıb.

Universitetin rektor köməkçi Şəfayət Avılbəyli Əliyev öz növbəsində Azərbaycanın Dövlətçilik Tarixində bağrağımıza, vətənə olan sevginin insanlara, xüsusilə gənclərə aşılanmasında ən böyük örnəyin ölkə başçısı Prezident İlham Əliyevin olduğunu vurğuladı. O, daha sonra qeyd etdi ki, bu gün sevindirici  haldır ki,Ginnes Dünya Rekordları Təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan Dövlət Bayrağı Dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib .Rektor köməkçisi bu sevincli anları,qürürla dalğlanan bayrağımızı bizə yaşadanlara eşq olsun dedi.

Tədbirdə YAP Nərimanov Rayon Təşkilatının baş məsləhətçisi Nizami Babaşov,YAP Gənclər Birliyinin əməkdaşları Şəfəq Əhmədova,Elvin Hüseynov da Bayraq Günü Münasibətilə tələbələr önündə fikirlərini bölüşüblər.