Bakı Avrasiya Universitetində Novruz şənliyi keçirilib

baki-avrasiya-universitetinde-novruz-senliyi-kecirilib
Oxunma sayı: 1520

Bakı Avrasiya Universitetində Novruz bayramı ilə bağlı tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə universitetin professor-müəllim heyəti, o cümlədən universitetin Tədris işləri üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nigar Hüseynova da iştirak edib.

Tədbiri giriş sözü ilə açan Nigar Hüseynova, universitetin rektoru, professor Nazim Hüseynlinin salam və təbriklərini tədbir iştirakçılarına çatdırıb.

Tədbirin ən maraqlı və yadda qalan hissəsi isə Novruzun atributlarından sayılan keçəl və kosanın iştirakları olub. “Kosa-kosa”, “Qodu-qodu” rəqsləri, yumurta döyüşməsi səhnəsi isə tədbiri daha da maraqlı edib. Milli geyimlərdə xüsusi ornamentlərlə bəzədilmiş xonçalarla rəqs edən qızlar isə “Hakışta” səhnəciyi ilə gecəyə rəng qatıblar.

Tədbir maraqlı görüntülərlə yadda qalıb.