Baki Avrasiya Universitetinde yeni tədris ili başladı

baki-avrasiya-universitetinde-yeni-tedris-ili-basladi
Oxunma sayı: 2493

Bakı Avrasiya Universiteti yeni tədris ilinin açılış mərasimi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Universitetin Tədris işləri üzrə prorektoru Filologiya üzrə Fəlsəfə doktoru, dosent Nigar Hüseynova tələbələr qarşısında çıxış edərək bu il tələbə adını qazanaraq universitetin I kursuna daxil olan tələbələrə uğurlar arzulayıb. 

Daha sonra universitetin Tədris Departamentinin rəhbəri Fizika-riyzaiyyat elmləri namizədi, professor Mənsim Məmmədov çıxış edərək universitetin professor-müəllim heyətini təbrik edib. Bakı Avrasiya Universitetində yetərincə maddi-texniki bazanın məvcud olduğunu deyən natiq tələbələrin dərsdən sonrakı vaxtlarda kitabxanadan istifadə, kompüter və digər biliklərini artırmaları üçün universitetdə hər cür şərait yaradıldığını vurğulayıb. 

Filologiya üzrə Fəlsəfə doktoru, dosent Mütəllim Rəhimov isə öz çıxışında “Tələbə müəllimin ən yaxın dostu olmalıdır” fikrini qeyd edib.