Bakı Avrasiya Universitetindən 150 bal toplayanlara xüsusi təklif!

baki-avrasiya-universitetinden-150-bal-toplayanlara-xususi-teklif
Oxunma sayı: 14337

Hər il olduğu kimi, bu ildə Bakı Avrasiya Universiteti abituriyentlərin güzəştli təhsil alma imkanlarını genişləndirir.

“Qafqazinfo”nun məlumatına görə, aşağıda göstərilən ixtisaslar üzrə universitet qəbul planını elan etməklə 150 balla universitetə daxil olacaq tələbələrə də təhsil müddətində xüsusi imkanlar yaradacaq.

Xatırladırıq ki, ötən ili Bakı Avrasiya Universiteti plan yerlərinin dolması statistikasına görə özəl universitetlər sırasında öz liderliyini qoruyub. Bu il isə ötən ilki göstəricilərin nəticəsi olaraq universitetə qəbul planı artırılıb,eyni zamanda  yeni ixtisaslara qəbul planı verilib.

Universitet 2019/2020-ci tədris ilində aşağıdakı ixtisaslara minimal 150 balla tələbə qəbulu elan edir.

 

II qrup ixtisas qrupu üzrə

Regionşünaslıq (ABŞ və Kanada) əyani/ qiyabi Azərbaycan -Rus 1700/1300

Regionşünaslıq (Avropa ölkələri ) əyani/ qiyabi Azərbaycan 1600/1300

Regionşünaslıq (Yaxın və Orta Şərq ölkələri) əyani Azərbaycan 1600

Marketinq əyani Azərbaycan-Rus 1700

Biznesin idarə edilməsi əyani Azərbaycan-Rus 1600

Kommersiya əyani/ qiyabi Azərbaycan 1700/1300

 

III qrup ixtisas qrupu üzrə: 

Sosial iş əyani Azərbaycan 1600

 

Tələbələrə xüsusi imkanlar yaradılır:

1. Təhsildə yüksək nailiyyətlər qazanan tələbələrə semestrin yekunlarına görə müxtəlif növ təqaüdlər verilir, həmçinin imtahan sessiyasını kəsirsiz başa vuran bütün tələbələr təqaüd almaq imkanı qazanır;

2. Xarici ölkə ali təhsil müəssisələrində təhsil almaq imkanı yaradılır.

3. Təhsil haqqını hissə-hissə ödəmək imkanı verilir;

Universitet dövlət qeydiyyatına alınıb, fəaliyyətinə lisensiya verilib və dövlət akkreditasiyasından keçib.

Ətraflı məlumat üçün Universitetin Qəbul Komissiyasına müraciət edə bilərsiniz.

 

Ünvan: Bakı şəhəri, akademik Həsən Əliyev küç. 135A

Tel.: (+994)12 5646266; (+994)12 564-63-67 (daxili 109), 055 4294829; 0552234362; 0554117070

E-poçt: [email protected]

Sayt: www.baau.edu.az