Bakı Avrasiya Universitetinin kollektivi Heydər Əliyevin məzarını ziyarət etdi

baki-avrasiya-universitetinin-kollektivi-heyder-eliyevin-mezarini-ziyaret-etdi
Oxunma sayı: 4683

Bakı Avrasiya Universitetinin rəhbərliyi, professor-müəllim kollektivi və tələbələr Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

"Qafqazinfo" xəbər verir ki, sonra görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla anılıb, məzarı üstünə güllər düzülüb. 

Ali məktəbin prorektoru Günhan Hüseynli AZƏRTAC-a deyib ki, H. Əliyevin hakimiyyətdə olduğu illərdə ölkəmizdə yüksək səviyyəli kadrların hazırlanmasına xüsusi diqqət göstərilib, gənclərin xaricdə təhsil almalarına şərait yaradılıb. Əsasını qoyduğu dövlət gənclər siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bu siyasət Azərbaycanda yeni düşüncəli, müasir təfəkkürlü gənclərin yetişməsində mühüm rol oynayır.