Bakı avtobuslarında bu biabırçılığı da gördük- - Foto

baki-avtobuslarinda-bu-biabirciligi-da-gorduk-
Oxunma sayı: 9196


Paytaxt üzrə 142 saylı marşurut xətti ilə işləyən avtobusda sürücülər sərnişinləri insan deyil, yük kimi daşıyırlar. İritutumlu avtobusda çəmi 4 oturacaq var, yerdə qalanları çıxarılıb. “Qafqazinfo”nun xəbərinə görə, oxucular Milli.Az-a yazıb ki, sürücülər oturacaqları çıxarmaqla sərnişinləri təhqir edirlər:

“Bizi kartof kimi daşıyırlar. Bir tormozla sərnişinlər bir-birinin belinə minir. Avtobuslar arasındakı interval isə 50 dəqiqədir. Sürücülər isə avtobusu kofe içərək, siqaret çəkə-çəkə idarə edirlər. Bununla 2015-ə gedirik”.

Həmin marşrutun sahibkarı olan “İsmayıloğlular” şirkətinin rəhbəri Qurban İsmayılov Milli.Az-a belə bir halın olmasını mümkünsüz saydı: “Belə bir hal ola bilməz. Kim onlara icazə verir ki, avtobusdan oturacaq çıxarsınlar? Əgər belə bir hal olsa belə, araşdırılıb tədbir görüləcək”.