“Bakı” azarkeşləri klubu ziyana saldı

baki-azarkesleri-klubu-ziyana-saldi
Oxunma sayı: 635

“Qafqazinfo”nun verdiyi xəbərə görə, iclasda Unibank Premyer liqasının 28-ci turunda baş verən hadisələrlə bağlı qərarlar çıxarılıb.

“Neftçi” – “İnter” matçında “İnter” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 66-cı dəqiqəsində “Neftçi” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələr istifadə olunduğu üçün klub 1000 manat cərimə olunub.

Unibank Premyer Liqasının XXVIII turunun AZAL – “Rəvan” matçında AZAL klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
Unibank Premyer Liqasının XXVIII turunun “Bakı” – “Xəzər Lənkəran” matçının 77-ci dəqiqəsində “Xəzər Lənkəran” klubunun 7 nömrəli futbolçusu Katalin Doman kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 2000 manat cərimə olunub. Oyunun 78-ci dəqiqəsində “Bakı” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub.

Ceyhun Əhmədov