Bakı banklarına qarşı fırıldaq

baki-banklarina-qarsi-firildaq
Oxunma sayı: 636

“Qafqazinfo”nun Milli.Az-a istinadən verdiyi məlumata görə, Bakı sakinləri Gülarə Bədirova Xuraman Xudiyeva, Səyavuş Məmmədov, Ceyran Süleymanova, Xırdalan sakini Aybəniz Behbudova və qeyriləri ilə cinayət əlaqəsinə girərək külli miqdarda pul mənimsəyiblər.

Onlar ölkənin bir sıra iri sənaye-xidmət müəssisələrinin və digər dövlət təşkilatlarının möhür-ştampları vurulan saxta sənədlər hazırlayaraq bir neçə banklara təqdim ediblər. Bu yolla banklardan 100 min manatdan artıq kredit vəsaiti götürmələri müəyyən edilib.

Faktla bağlı araşdırmalar aparılır.