“Bakı” baş məşqçisini qovur?

baki-bas-mesqcisini-qovur
Oxunma sayı: 639

Fanat.az-ın verdiyi məlumata görə, klub hətta yeni baş məşqçi kimi son iş yeri “Turan” olan Əsgər Abdulayevlə də anlaşıb.

Məlumatı dəqiqləşdirmək üçün “Bakı” klubunun Mətbuat Xidmətinin rəhbəri Nəriman Mehdiyev ilə əlaqə saxladıq.

Məsələ ilə bağlı “Qafqazinfo”ya “açıqlama” verən Nəriman Mehdiyev isə klubda baş verənlərdən xəbərsizdir: “Bizdə bu barədə məlumat yoxdur. Klubda belə bir məsələ müzakirə edilməyib”.

Qeyd edək ki, ölkə çempionatında “Bakı” klubu uğursuz çıxışlar edir. 12 turun nəticələrinə görə, hazırda klub 10 xalla 11-ci sırada qərarlaşıb.

Sevinc