“Bakı” böyük hesablı qələbə qazandı

baki-boyuk-hesabli-qelebe-qazandi
Oxunma sayı: 643

Oyunda ilk qolu 43-cü dəqiqədə Marius Pena vurub. İkinci hissədə paytaxt təmsilçiləri 3 dəfə fərqləniblər. 62-ci dəqiqədə Elvin Məmmədov komandasının 2-ci qolunu vurub, 6 dəqiqə sonra “Bakı”nın digər futbolçusu Aleksandr Şoliç “Turan”ın qapısından 3-cü topu keçirib. Lakin bu da oyunda vurulan son qol olmayıb. 85-ci dəqiqədə Nurlan Novruzov da qol vuranlar sırasına daxil olub. Beləliklə vacib 3 xal əldə edən “Bakı” 6-liq yolunda lazımı qələbə qazanıb.

İqbal