“Qafqazinfo”nun verdiyi məlumata görə, Azərbaycanı Avroliqada təmsil edəcək hər 3 klubun rəqibi müəyyənləşib.
Püşk təmsilçilərimizin üzünə gülüb. Belə ki, ölkə kubokunun sahibi “Bakı” dünən yoxlama oyununda 4:0 hesabı ilə darmadağın etdiyi Sloveniyanın “Mura” klubu ilə qarşılaşacaq. Digər 2 klubumuz isə Estoniya təmsilçiləri ilə üzləşəcək. “İnter”ə “Trans”, “Xəzər Lənkəran”a isə “Nomme Kalyu” rəqib olub.
I təsnifat mərhələsi
“Bakı” (Azərbaycan) - “Mura” (Sloveniya)
“İnter” (Azərbaycan) - “Trans” (Estoniya)
“Xəzər Lənkəran” (Azərbaycan) - “Nomme Kalyu” (Estoniya)
Azərbaycan klublarının bu mərhələni adlayacaqları təqdirdə hansı komanda ilə qarşılaşacaqları da məlumdur:
“Xəzər Lənkəran”: “Lex” (Polşa) – “Jetısu” (Qazaxıstan) cütünün qalibi
“İnter”: “Asteras Tripolis” (Yunanıstan)
“Bakı”: MOİK (Bolqarıstan)
Ceyhun Əhmədov