Bakı ermənisi Azərbaycan prezidenti olmaq istəyir

baki-ermenisi-azerbaycan-prezidenti-olmaq-isteyir
Oxunma sayı: 637

Erməni əsilli keçmiş Bakı sakini Azərbaycanda keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürmək istəyir.

“Qafqazinfo”nun erməni KİV-nə istinadən verdiyi xəbərə görə, Azərbaycan Erməniləri Assambleyasının rəhbəri Qriqoriy Ayvazyan bu gün keçirdiyi mətbuat konfransında Bakıdakı mənzilinə qayıtmaq istədiyini deyib. Eyni zamanda Azərbaycan dövlət başçısından onun təhlükəsizliyinə təminat verilməsini istəyib.

Onun sözlərinə görə, təhlükəzliyinə zəmanət almaq üçün BMT-nin qaçqınların məsələləri üzrə nümayəndəliyinə müraciət edib. Ayvazyan həmçinin Azərbaycandan gedən erməniləri də ondan nümunə götürməyə çağırıb.