Bakı Funikulyoru yenidən bağlandı

baki-funikulyoru-yeniden-baglandi-
Oxunma sayı: 650

Bu günlərdə Funikulyorda gəzintiyə çixmaq istəyənlər kor- peşman geri qayıdır. Tam yenilənmiş şəkildə istfiadəyə verilən Bakı Funikulyorunun hansı səbəbədən fəaliyyətini dayandırdığını öyrənmək üçün yol aldıq həmin ünvana.

Funikulyorun Bəhramgurun heykəlinin yaxınlığında olan girişindəki qapının üzərində ağ lövhədə texniki baxış yazısı vurulmuşdu. Mühafizə xidmətinin əməkdaşlarından öyrəndik ki, nəqliyyat vasitəsi kassanın qoyulmasi ilə əlaqədar müvəqqəti bağlanıb. Daha ətrafli məlumati isə Funikulyorun rəisi Tofiq İsmayilov bilir. Tofiq ismayılov isə birmənalı müsahibə verməkdən imtina etdi.

Amma şifahi şəkildə bildirdi ki, gediş haqqının məbləğinin təyin etmədiyindən nəqliyyat vasitəsi müvəqqəti bağlanıb. Qiymət təyin olunan kimi Bakı Funikulyoru şəhər sakinlərinin üzünə açılacaq.

Xatırladaq ki, qeyri-müəyyən vaxta qədər bağlı qalaçaq Bakı Funikulyoru may ayının 23-də yenilənmiş şəkildə istfiadəyə verilib. Köhnə görünüşündən əsər əlamət qalmayan Bakı Funikulyorunu İsveçrənin Qaravelta şirkəti təmir edib.

ANS