Bakı haqqında sənədli film - “National Geographic” təqdim edir + Video

Bakı haqqında sənədli film
Oxunma sayı: 1185

“National Geographic” telekanalının hazırladığı “Şəhərlərin gizli sirləri: Bakı” sənədli filmi təqdim olunub.

“Qafqazinfo” xəbər verir ki, filmdə Bakının son illərdə sürətlə dəyişməsindən, müxtəlif beynəlxalq idman tədbirlərinə ev sahibliyi etməsindən söz açılır. Filimdə qeyd edilir ki, Azərbaycan paytaxtı Bakı öz xarici görünüşü və imicində əhəmiyyətli inkişafa nail olub. Burada ultramüasir binalar tikilib, şəhər dünya miqyaslı idman yarışları keçirir. Bu gün Bakıda bəşəriyyətin ən qədim ənənələri ultramüasir arxitektura ilə harmoniya təşkil edir.

“National Geographic” bu sənədli filmində Bakını unikal edən xüsusiyyətləri, onun küçələrinin saxladığı sirləri özünüz açın və onun qədim ənənələrini sizi heyran etməyə imkan verin. Bu dünyanın naməlum şəhəri: Bakıdır”, - deyə verilişin teaserində bildirilir.

Sənədli film bu gün saat 21.15-də yenidən efirdə yayımlanacaq.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi