Bakı ilə İrəvanın Aİ-na qoşulmasına erməni politoloqdan şərh

baki-ile-irevanin-ai-na-qosulmasina-ermeni-politoloqdan-serh-
Oxunma sayı: 1317


“Qafqazinfo” xəbər verir ki, avropa.info-nun  verdiyi xəbərə görə, Minosyan Ermənistanı Avrasiya İttifaqının təsisçisi kim görmür. Politoloqun sözlərinə görə, Ermənistnın qurumun təsisçisi kimi çıxş etməyəcəyini 2013-cü il  3 sentyabrında açıqlama verən Serj Sarkisyan da bildirib.  

Politoloqun sözlərinə görə, Ermənistan ilk növbədə öz maraqlarını düşünməlidir. O,  rəsmi İrəvanın Azərbaycan kimi iqtisadi cəhəddən imkanlı və regionda siyasi manevrlər edərək, öz maraqlarını təmin edən rəqibi olduğunu bildirib:

“Ermənistanın hazırda iqtisadi cəhəddən çox güclü Azərbaycanla rəqəbət aparır. Azərbaycanın Avrasiya İttifaqına yaxın zamanlarda qoşulmasını zənn etmirəm. Rəsmi Bakı hazırda öz maraqlarından çıxış edərək Qərb və Avrasiya ittifaqı arasında manevr etməkdədir. Azərbaycan uzun müddətdir ki, bu siyasəti aparır. Rəsmi Bakı-nın NATO-ya üzv olmaq planları olmasa da, biz görürük ki, onlar Şimali Atlantik Alyansı ilə sıx münasibətlər qurublar. Azərbaycan öz nefti və pul resursları hesabına güclü  dövlətə çevrilib, onlar hər hansısa qurum və dövlətdən aslı deyillər” .  

Politoloq Azərbaycanın Qərblə münasibətlərinin Rusiyaya nisbətən daha yaxşı olduğunu bildirib:

“Azərbaycan baş verən bu hadisələrdə maksimum neytrallığını saxlamaq istəsə də, ölkənin qərblə münasibətləri daha yaxşı olduğu sezilməkdədir. Avropa  Birliyi, NATO ilə münasibətlər bunu bir daha isbat edir. Rəsmi İrəvan Azərbaycan siyasətindəki bütün bu ştrixləri nəzər alaraq addımlar atmalıdır” .