Bakı Kitab Mərkəzində şəkil qadağası - Ancaq telefonla...

baki-kitab-merkezinde-sekil-qadagasi
Oxunma sayı: 3382

Bakı Kitab Mərkəzində şəkil çəkdirməyə məhdudiyyətlər qoyulub. “Qafqazinfo” xəbər verir ki, bununla bağlı məlumatı oxucular sosial şəbəkədə paylaşıb. Qeyd olunub ki, artıq Kitab Mərkəzində şəkil çəkdirməyə bəzi qadağalar tətbiq olunur.

“Qafqazinfo” məsələ iə bağlı Mərkəzlə əlaqə saxlayıb. Kitab evindən bildirilib ki, həqiqətən də hazırda şəkillə bağlı bəzi məhdudiyyətlər var. Belə ki, Mərkəz Heydər Əliyev Fondunun nəzdində fəaliyyət göstərdiyi üçün bundan sonra aparatla şəkil və ya video çəkmək istəyən şəxslər əvvəlcə Fonda müraciət edib icazə almalıdır.

Həmçinin, telefonla çəkilmiş fotoları sadəcə şəxsi hesabda paylaşmaq olar. Reklam xarakterli paylaşımlar üçün isə icazə verilmir.

Qısacası, hazırda Mərkəzdə telefonla selfi edə və ya şəkil çəkdirə bilərsiniz. Ancaq kamera ilə hər hansı bir çəkiliş icazəsiz baş tuta bilməz. 

Günel Hacı