Bakı-Kiyev avtobusu ilə bağlı yeni xəbər

Bakı-Kiyev avtobusu ilə bağlı yeni xəbər
Oxunma sayı: 1690

Noyabrın 9-dan etibarən hər həftənin dördüncü günü Bakı-Xarkov-Poltava-Kiyev istiqamətində Bakı Beynəlxalq Avtovağzal Kompleksindən avtobus reysi fəaliyyətə başlayır. 

"Qafqazinfo" xəbər verir ki, artıq  Bakı-Xarkov-Poltava- Kiyev reysinin biletlərinin satışı həm kassadan, həm də onlayn şəkildə həyata keçirilir.
 
Avtobus Rusiya Federasiyasının ərazisindən keçərək, 40 saat yol qət etməklə mənzil başına çatacaq.
 
13 noyabr tarixindən isə hər həftənin birinci günü yerli vaxtla 15:00-da Kiyev-Xarkov-Bakı (2668 km) istiqamətində avtobus reysi Kiyev Mərkəzi Avtovağzalından həyata keçiriləcək.

Avtobus Bakı vaxtı ilə saat 11:00-da yola düşəcək. Biletin bir istiqamətə qiyməti 100.00 manat təşkil edir.

Beş yaşınadək uşaqlar üçün gediş haqqı (oturacaq verilməmək şərti ilə) pulsuzdur.
 
Beş yaşından on yaşınadək uşaqlar üçün isə biletin qiymətinin 50%-i ödənilir.


 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi