Bakı kriminalları

baki-kriminallari
Oxunma sayı: 651

İyulun 14-də Nəsimi küçəsində yaşayan Orxan Qurbansoyun mənzilindən açarseçmə yolu ilə 100 manat, 100 ABŞ dolları və qızıl-zinət əşyaları oğurlanıb. Nizami RPİ 25-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, həmin mənzildə yaşayan qaynı Cabbar Sadıqov yaxalanıb.

İyulun 18-i saat 12:30 radələrində Binəqədi qəsəbə sakini Sabir Mahmudov idarə etdiyi “Mersedes” markalı avtomobillə Rəşid Əhədovu vurub, sonuncu hadisə yerində ölüb.

Xəzər RPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 185-ci (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə) maddəsi ilə axtarışda olan İlham Xəlilov iyulun 18-də tutulub.

Yasamal RPİ 29-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə axtarışda olan Toğrul Mehbəliyev iyulun 18-də tutulub