Bakı küçələrindəki tıxacların həlli yolu tapıldı

baki-kucelerindeki-tixaclarin-helli-yolu-tapildi
Oxunma sayı: 633

“Qafqazinfo”nun Trend-ə istinadən verdiyi məlumata görə, bu barədə nazirliyin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov məlumat verib. Onun sözlərinə görə, elektron işıqforların Bakıda tətbiq edilən intellektual idarəetmə sisteminə qoşulması paytaxtın küçələrindəki tıxaclara tez reaksiya verməyə və işıqforlar vasitəsilə onların aradan qaldırılmasını təmin etməyə imkan verəcək.

N. Həsənov bildirib ki, hazırda intellektual idarəetmə sisteminin birinci mərhələsinin işə salınması üzrə işlər görülür və bütün proqram və sistemlərin aktivləşdirilməsi prosesi gedir: “Elektron işıqforların Bakının 150 yolayrıcında quraşdırılması planlaşdırılır. Onların sistemə qoşulması Bakı küçələrindəki tıxaclarla bağlı vəziyyətə cəld reaksiya verməyə imkan verəcək”.

Nəqliyyatın intellektual idarəetmə sisteminin 2014-2015-ci illərdə tam istismara verilməsi planlaşdırılır.