Bakı-Məşhəd marşrut xətti üzrə razılıq əldə edildi

baki-meshed-marsrut-xetti-uzre-raziliq-elde-edildi
Oxunma sayı: 1775

Azərbaycanla İran arasında 2002-ci ilin may ayında Tehran şəhərində imzalanmış “Beynəlxalq avtomobil daşımaları haqqında” Sazişin 13-cü bəndinə əsasən beynəlxalq avtomobil əlaqələri sahəsində Birgə Komissiyanın növbəti iclası 2019-cu il 12-13 iyun tarixlərində Bakı şəhərində keçirilib.

"Qafqazinfo"ya daxil olan məlumata görə, görüşdə Azərbaycan nümayəndə heyətinə Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov, İran nümayəndə heyətinə Yol və Şəhərsalma Nazirliyinin Yol və avtonəqliyyat departamentinin tranzit və sərhəd-keçid məntəqələri ilə iş üzrə baş idarəsinin rəisi Mənuçehr Salmanzadə rəhbərlik edib.

İkitərəfli görüş zamanı əldə edilən ən vacib razılıq "Bakı-Məşhəd" müntəzəm sərnişin daşıma marşrutunun açılması və Azərbaycan Respublikasında qeydiyyatda olan yük nəqliyyat vasitələrinin İran ərazisinə yüksüz daxil olması üçün tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılması barədə olub.