Bakı metrosu işçi axtarır

Bakı metrosu işçi axtarır
Oxunma sayı: 1196

“Bakı Metropoliteni” QSC özünün sağlamlıq mərkəzinə həkim və tibb bacısı vəzifələri üzrə işə qəbul elan edib. 

QSC-dən “Qafqazinfo”ya verilən məlumata görə, namizədlərə qarşı müvafiq olaraq ali və orta ixtisas təhsili, idarəedicilik qabiliyyəti, məsuliyyətli yanaşma, komandada işləmə bacarığı, Azərbaycan dilini mükəmməl bilmək, kompyuter bilikləri kimi tələblər qoyulub. 

Vəzifə öhdəlikləi metropoliten əməkdaşlarına ilk tibbi yardım göstərmək və maşinistləri reysqabağı tibbi müayinədən keçirməkdir. İş rejimi saat 09:00-dan saat 17:00-a qədərdir. 

İddiaçılar “Bakı Metropoliteni”nin internet səhifəsinin “Karyera və əməkdaşlıq” bölməsinə daxil olub “Bizdə iş” yarımbölməsində elektron müraciət formasını doldurmalıdırlar.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi