Bakı metrosunda bıçaqlanma olub

baki-metrosunda-bicaqlanma-olub
Oxunma sayı: 3606

 Bu gün saat 16:00 radələrində metronun "Gənclik" stansiyasında bıçaqlanma hadisəsi baş verib. 

“Qafqazinfo”nun məlumatına görə, bu barədə "Report"a "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib. 

Onun sözlərinə görə, bıçaqlanan Şəmistan Quliyev adlı şəxsdir. Hazırda polis əməkdaşları ona xəsarət yetirənin kimliyini müəyyən etmək istiqamətində iş aparır. Yaralı Təcili Tibbi Yardım Stansiyasına çatdırılıb.